Azərbaycanda çıxış etmiş futbolçu 38 yaşında öldü

05.11.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda əvvəllər fəaliyyət göstərən "Muğan" klubunda oynamış moldovalı futbolçu Vadim Kriçmar 38 yaşında vəfat edib.

Axar.az Report-a istinadən xəbər verir ki, Kriçmar ağır onkoloji xəstəliklə mübarizə aparırdı. O, bu ilin mart ayından müalicəsini İtaliyada davam etdirib.

Hazırda futbolçunun cənazəsinin İtaliyadan vətəninə gətirilməsi üçün ölkəsində maddi yardım kampaniyası təşkil olunur.

Qeyd edək ki, Vadim Kriçmar 2009-2011-ci illərdə "Muğan" klubunda çıxış edib. Yarımmüdafiəçi Salyan təmsilçisinin heyətində meydana çıxdığı 16 oyunda 1 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью