Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeni ilin ilk həftəsində basketbol üzrə FİBA Çempionlar Liqasının pley-off görüşləri keçiriləcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, görüşlərdən biri Azərbaycanda baş tuta bilər.
Belə ki, püşkün nəticəsinə əsasən Türkiyə təmsilçisi "Socar Petkim Spor"a rəqib olan İsrailin "Hapoel Holon" komandası məlum səbəbə görə İstanbula gəlmək istəmir.
Belədə görüşün neytral meydanda - Azərbaycanda keçirilməsi təklif olunub.
Bu barədə artıq Azərbaycan Basketbol Federasiyasına da məlumat verilib.
Qurumun Fərrux Mahmudov saytımıza bu barədə açıqlama verib: "Məlumatımız var. Bu həftə ərzində hər şey dəqiqləşəcək.
Hələ heç nə tam bəlli deyil. Əlbəttə, arenalarımız beynəlxalq oyunları qəbul etmək baxımından tələblərə cavab verir.