Azərbaycanda çox varlandım, amma hamısını xərclədim Bertuççi | Icma.az
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Azərbaycanda çox varlandım, amma hamısını xərclədim" - Bertuççi "Neftçi"nin sabiq futbolçusu Bruno Bertuççi Brazliyanın GE nəşrinə müsahibə verib.
QOL.az xəbər verir ki, dopinq cəzasına görə karyerasını erkən bitirməsindən danışan braziliyalı müdafiəçi "Neftçi"dəki günlərini də xatırlayıb.
Braziliya nəşri Bertuççinin Azərbaycanda ayda 30 min dollar maaş aldığını da yazıb.
"Neftçi" karyerasında yaxşı pul qazandığını etiraf edəm Bertuççi bu vəsaiti düzgün istifadə etmədiyini bildirib: "Milyonçu olmadım, amma varlandım.
Zəngin oldum. Pul yığmaq, biznes qurmaq və karyeramdan sonrakı dönəm haqqında düşünmək üçün maliyyə biliyim yox idi.
Sadəcə hər şeyi xərclədim. Hamısını mülklərə xərclədim. Birini alıb irəliləmək əvəzinə, birdən-birə bir dəstə almaq istədim.
Hər şeyim var idi, əslində heç bir şeyim yox idi. Çünki heç bir nəticə vermədim. Burada, Braziliyada üç-dörd maşınım var idi.
Tam oxu
Xəbəri oxu