Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Həkim D vitamini ilə bağlı yanlış inancları dağıtdıQədim zamanlarda Vitamin D əsasən pediatrlar üçün maraq doğururdu.
Sovet dövründə uşağa bu preparatı təyin etməyən həkimin “pişiyini ağaca dırmaşdırırdılar”.
O dövrdə uşağın sağlamlığı ilə bağlı belə ciddi yanaşmalar mövcud idi, amma zaman dəyişdi və təbabətdə baxışlar da dəyişdi”.
Bu sözləri sosial media hesabında pediatr Vaqif Qarayev paylaşıb.Pediatr qeyd edib ki, indiki dövrdə praktik təbabətdə elə bir ixtisas sahəsi yoxdur ki, pasiyentdə Vitamin D səviyyəsini yoxlamasın.
Hətta pandemiya dövründə bəzi alimlər COVID-19-un müalicəsində Vitamin D-ni demək olar ki, panaseya kimi təqdim edirdilər.
Vitamin D-nin orqanizmi respirator viruslardan qoruduğu da bir çox araşdırmalarda göstərilib:“Odlar Yurdu insanında Vitamin D səviyyəsi az ola bilərmi?
Məntiqlə, bu nadir hallarda mümkündür. Amma indi real vəziyyət göstərir ki, qanında Vitamin D normal olan insana nadir hallarda rast gəlmək