Icma.az, Yenisabah saytına istinadən bildirir. ABŞ-də seçkilərin nəticələri Azərbaycanda dolların bahalaşmasına səbəb ola bilərmi?
Bu barədə Moderator.az-a danışan iqtisadçı Rəşad Həsənov deyir ki, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi birjalara da öz təsirini göstərdi: “İnvestorlar Trampın yenidən prezident seçilməsi ilə ABŞ-ın daxili bazarına yönəlik siyasətin güclənəcəyini güman edirlər.
Tramp vergiləri aşağı salacaq və digər tərəfdən tarifləri artıracaqdır. Belə olan halda, qiymətlər artacaq, inflyasiya sürətlənəcək.
Belə bir şərtlər daxilində Federal Ehtiyat Sistemi (FED) məcburən daha sərt pul kredit siyasəti həyata keçirməli olacaqdır.
Birinci hakimiyyəti dövründə Tramp daha ucuz dollar siyasətini həyata keçirmək istiqamətində FED-ə təzyiqlər edirdi.
İkinci hakimiyyəti dövründə də bu təzyiqlərin artacağı ehtimalları yüksəkdir.
Bir tərəfdən onun siyasət istiqaməti dolların möhkəmlənməsini şərtləndirirsə və bunun üçün iqtisadi konyuktur formalaşdırırsa, digər tərəfdən, Trampın öz administrativ resurslarından və gücündən istifadə edərək FED-in daha yumşaq humanitar siyasətə keçidlə əlaqədar qərarlarının ortaya çıxmasına gətirib çıxara bilər.
Dolların ilkin bazar reaksiyalarından sonra növbəti həftələrdə məzənnəsinin qismən optimallaşacağı ehtimalları çox yüksəkdir”.