Azərbaycanda da satılan bu içkilərlə bağlı XƏBƏRDARLIQ: qəfil ürək dayanması... | Icma.az
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyada olduğu kimi ölkəmizdə də gənclər arasında istehlakı günü-gündən artan enerji içkiləri ürək-damar sağlamlığı üçün müxtəlif təhlükələr yaradır.
Milli.Az musavat.com-a istinadən bildirir ki, türkiyəli kardioloq Cemşit Karakurt bununla bağlı ciddi xəbərdarlıq edib.
O bildirib ki, idmançılarda konsentrasiya və performansı artırdığı düşünüldüyü üçün xüsusilə istehlak edilən enerji içkilərində olan Taurin, Guarana, L-karnitin və Ginseng kimi maddələrin sıx kofein tərkibi ürək-damar sağlamlığı üçün müxtəlif təhlükələr yaradır.
"Enerji içkiləri yüksək miqdarda kofein ehtiva etdiyi üçün ürək sağlamlığına mənfi təsir göstərir. Kofein qan təzyiqini artırır.
Bu, xüsusilə ürək xəstəliyi olan insanlarda ürək döyüntüsü, yüksək təzyiq və nizamsız ürək ritmi kimi problemlərə səbəb ola bilər.
Böyük miqdarda enerji içkilərinin istehlakı infarkt və ya qəfil ürək dayanması riskini artırır.
Bu təsirlər kofeinə həssas olan insanlarda daha qabarıq ola bilər.
Tam oxu
Xəbəri oxu