Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. Dabaq xəstəliyinin geniş yayılması nəticəsində heyvanların bir hissəsi xəstəliyə yolux
Xəstəliyinə qarşı istifadə olunan peyvəndlərin keyfiyyətsiz olduğu barədə müxtəlif iddialar səslənir.
Bəzi baytarlar isə xəstəliyin genişlənməsini peyvəndin saxlanma şəraitinin təlimata uyğun olmaması və düzgün temperaturda qorunmadığı üçün təsirinin azalması ilə əlaqələndirirlər.
Bəs xəstəliyin geniş yayılmasına daha çox hansı amil təsir edir -peyvəndin keyfiyyəti, yoxsa onun düzgün saxlanmaması?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən baytar Cansu Məmmədova bildirib ki, hər iki amil də heyvanlar arasında dabaq xəstəliyinin geniş yayılmasına səbəb olur.
“ Azərbaycanda dabaq (foot-and-mouth disease – FMD) peyvəndləri adətən xaricdən idxal olunur.
Məsələn, Türkiyə, Rusiya, İran və ya Avropa istehsalı peyvəndlər ölkəyə gətirilir.
Bu peyvəndlər beynəlxalq təsdiqli ola bilər, amma bəzən tenderlə alınan seriyalar keyfiyyətcə fərqli olur.