Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

01.10.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda daha 26 nəqliyyat vasitəsi satılıb.
Bizim.Media quruma istinadən xəbər verir ki, hərracda start qiyməti 11 700 manat olan "Toyota Corolla" markalı avtomobil 14 500 manata, ilkin qiyməti 12 300 manat olan "Hyundai Equus" markalı nəqliyyat vasitəsi 14 123 manata manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 6, 13, 20 və 27 oktyabr tarixlərində keçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью