Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24.01.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Auditorlar Palatası daha 5 audit şirkətinə müddətli lisenziya verib.

"Report" Palataya istinadən xəbər verir ki, "FR Advisory" MMC-yə bu il yanvarın 12-dən 2031-ci il yanvarın 12-nə qədər qüvvədə olmaqla AT/363 saylı auditor sertifikatı təqdim edilib. Şirkətin direktoru Yusifov Ruslan Ağasəlim oğludur.

"Audit Group 775" MMC-yə isə bu il yanvarın 15-dən 2030-cu il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/367 saylı auditor sertifikatı verilib. Şirkətin direktoru Əlizadə Elmar Şahin oğludur.

Bundan başqa, "HLB Audit International" MMC-yə bu il yanvarın 15-dən 2031-ci il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/364 saylı lisenziya təqdim olunub. Şirkətin direktoru Dadaşov Tale Elşad oğludur.

Həmçinin "Smart Audit and Consulting" MMC-yə bu il yanvarın 15-dən 2030-cu il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/366 saylı auditor sertifikatı verilib. Şirkətin direktoru Kərimov Ziyəddin Əliş oğludur.

Eyni zamanda, "Summit Finance Solutions" MMC-yə bu il yanvarın 15-dən 2031-ci il yanvarın 15-nə qədər qüvvədə olmaqla AT/365 saylı lisenziya təqdim edilib. Şirkətin direktoru Məhəmmədzadə Səbuhi Rauf oğludur.

Hazırda ölkədə ümumilikdə 150 auditor təşkilatı fəaliyyət göstərir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью