Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda 40 dağ marşrutu yoxlanılacaq, daha 8-i yaradılacaq
Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda haykinq və trekinq turizminin inkişafı məqsədilə mövcud dağ-piyada marşrutlarının təhlükəsizlik və infrastruktur vəziyyəti qiymətləndiriləcək.
Dövlət Proqramına əsasən, hazırda mövcud olan 40 dağ-piyada marşrutunun monitorinqi aparılacaq. Marşrutların işarələnməsi, keçid imkanları, təhlükəsizliyi və turistlər üçün əlçatanlığı təhlil ediləcək.
Bununla yanaşı, turizm potensialına malik yeni istiqamətlər müəyyənləşdiriləcək və əlavə 8 dağ-piyada marşrutu yaradılacaq.
Yeni marşrutlarda nişanlama işləri aparılacaq, istiqamətlər rəqəmsal xəritələrə daxil ediləcək və turistlər üçün zəruri məlumatlar hazırlanacaq.
Seçilmiş marşrutlar üzrə baza düşərgələrinin – “base camp”ların və yüngül turizm infrastrukturunun yaradılması da nəzərdə tutulur.
Bu tədbirlərin Azərbaycanın dağlıq regionlarına turist axınını artıracağı, səfərlərin təhlükəsizliyini yüksəldəcəyi və yerli bələdçilik xidmətlərinə yeni gəlir imkanları yaradacağı gözlənilir.