Azərbaycanda daha 9 nəqliyyat vasitəsi özəlləşdirilib

23.10.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda 9 nəqliyyat vasitəsi satılıb.

525.az quruma istinadən xəbər verir ki, hərracda start qiyməti 3 800 manat olan "Volkswagen Passat" markalı avtomobil 4 700 manata, ilkin qiyməti 1 900 manat olan "Chevrolet Niva" markalı avtomobil isə 3 019 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Növbəti hərrac 27 oktyabrda olacaq. Hərracda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью