Azərbaycanda daha bir klub stadion tikir təbii ot örtüklü olacaq

14.08.2026

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda daha bir stadion inşa edilir.

Sportal.az Sport1.az-a istinadən xəbər verir ki, II Liqa təmsilçisi "Marafon" çempionat oyunlarını Sabirabadda keçirmək niyyətindədir. Klub bu məqsədlə rayonun Bulaqlı kəndində özünə stadion inşa edir. Arena hələlik II Liqa standartlarına uyğun olacaq. Təbii ot örtüklü stadionun tutumunun 200 nəfərlik olması nəzərə alınıb.

Avqustun sonralarına doğru PFL stadionu təftiş edərək burada II Liqa oyunlarının keçirilib-keçirilməməsi barədə yekun qərar verəcək.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью