Azərbaycanda daha bir qəza: yaralılar xəstəxanaya çatdırıldı FOTO

22.11.2024

Icma.az, Milli.az saytına istinadən bildirir.

Qubada yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, "BMW" markalı minik avtomobili ilə "VAZ-2107" toqquşub. 

Nəticədə "VAZ-2107"-nin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью