Azərbaycanda daha bir şirkət ləğv olunur böyük şirkətə birləşir

30.09.2026

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Novara Capital” MMC-nin fəaliyyətinə xitam verilir.

Marja.az xəbər verir ki, şirkət yenidən təşkil olunaraq “MARS OVERSEAS BAKU LTD” MMC-yə qoşulur.

Məlumata görə, VÖEN-i 1407780531 olan “Novara Capital” MMC fəaliyyətinə xitam verərək VÖEN-i 9900006521 olan “MARS OVERSEAS BAKU LTD” MMC-yə birləşir.

Bunun nəticəsində “MARS OVERSEAS BAKU LTD” MMC “Novara Capital” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil olunur.

Beləliklə, “Novara Capital” MMC ayrıca hüquqi şəxs kimi fəaliyyətini dayandırır, onun hüquq və öhdəlikləri isə qoşulma proseduru çərçivəsində “MARS OVERSEAS BAKU LTD” MMC-yə keçir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью