Azərbaycanda daha iki audit şirkətinə müddətli lisenziya verilib

09.07.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Auditorlar Palatası daha iki audit şirkətinə yeni, müddətli lisenziya verib.

Bakıvaxtı.az Palataya istinadən xəbər verir ki, “JSM FINANCIAL GROUP” MMC-yə bu ilin iyulun 4-dən 2030-cu ilin iyulun 4-dək qüvvədə olmaqla AT/347 saylı auditor sertifikatı təqdim edilib. Cəmiyyətin direktoru İsmayılova Gülalə Kərəm qızıdır.

Bundan başqa, “Everest Audit” MMC-yə isə bu ilin iyulun 3-dən 2030-cu ilin iyulun 3-dək qüvvədə olmaqla AT/346 saylı auditor sertifikatı verilib. Şirkətin direktoru Şıxəliyev Eşqin Əziz oğludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью