Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 95 mlrd. manatı ötüb

05.12.2024

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 95 milyard 155 milyon manat təşkil edib.

 Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% və ya 27 milyard 650 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların 49 milyard 332 milyon manatı elektron ticarət vasitəsi ilə, 33 milyard 110 milyon manatı bankomatlar vasitəsi ilə, 10 milyard 205 milyon manatı POS-terminallar vasitəsi ilə, 67 milyon manatı özünə xidmət terminalları vasitəsi ilə, 2 milyard 441 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, cari ilin noyabrın 1-nə Azərbaycanda 16 milyon 935 min ədəd debet kartı olub.

apa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью