Azərbaycanda DƏHŞƏT 12 yaşında məcburi ƏRƏ verilən, 14 yaşında ana olan qızın acı HƏYAT HE…
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən azyaşlı 12 yaşında məcburi ərə verilib.
Bizim.Media xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova özünün “Facebook” hesabında azyaşlının acı hekayəsini paylaşıb:“Adını çəkmədiyimiz bir rayonun kasıb kəndlərindən birində yaşayan qızın taleyi ürəksızladan dərəcədə ağırdır.
12 yaşı tamam olmamış, anasının razılığı ilə xalası oğluna ərə verilir.
Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır.
Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından yük dolu olub.
Azyaşlı olduğu üçün nə həkimə aparılıb, nə də sağlamlığına diqqət yetirilib. Bir müddət sonra halı pisləşəndə, nəhayət, həkimə aparılır.
Həkimlər uşağın ana bətnində öldüyünü aşkarlayırlar. Süni doğuş nəticəsində qız ölü uşaq dünyaya gətirir.
Tam oxu
Xəbəri oxu