Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rayonların birində kasıb ailədə böyüyən, heç vaxt məktəbə getməyən qız 12 yaşında məcburi ərə verilib.
Turkustan.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova özünün "Facebook" hesabında paylaşım edib.
"Adını çəkmədiyimiz bir rayonun kasıb kəndlərindən birində yaşayan qızın taleyi ürəksızladan dərəcədə ağırdır.
12 yaşı tamam olmamış, anasının razılığı ilə xalası oğluna ərə verilir.
Xalası oğlu görmə qabiliyyətindən məhrumdur və bu nikahın baş tutmasının əsas səbəbi ailənin kasıblığıdır.
Qız heç vaxt məktəbə getməyib, onun həyatı kiçik yaşlarından yük dolu olub.
Azyaşlı olduğu üçün nə həkimə aparılıb, nə də sağlamlığına diqqət yetirilib. Bir müddət sonra halı pisləşəndə, nəhayət, həkimə aparılır.