Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hamilə qadın həyat yoldaşının onu xəstəxanaya yerləşdirdikdən sonra xaricə qaçdığını iddia edir...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 40 gündür həyat yoldaşının yolunu gözləyən qadın artıq Bakıdakı sığnacaqlardan birinə yerləşdirilib.
Artıq 6 aylıq hamilə olduğunu bildirən Tünzalə Ağayeva iddia edir ki, həyat yoldaşı onu Astaradan Bakıya müalicəyə gətirib və xəstəxanaya yerləşdirib, ancaq sonra yoxa çıxıb.
Özünün dediyinə görə, Tünzalə 5 il əvvəl sevib-seçdiyi Nail Mirzəyev adlı şəxslə ailə qurub.
Çütlüyün rəsmi nigahı yoxdur, onlar kəbinlə yaşayıblar. 2024-cü ilin oktyabr ayının 4-dək Tünzalə həyat yoldaşı, qaynanası və qayınatası ilə
Daha sonra səhhətində yaranan problemlə bağlı Nail ilə birgə Bakıya gəlib.
40 gündür xəstəxanada yolunu gözlədiyi əri onun ardınca bir daha gəlməyib.