Azərbaycanda DƏHŞƏT: Oğul anasını yandıraraq öldürdü

09.07.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonunda oğul anasını yandıraraq öldürüb.

Oxu.Az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, dəhşətli hadisə Hökməli qəsəbəsində baş verib.

İddialara görə, Abdulrəhman Həsənli aralarında yaranmış münaqişə zəminində anası Gülbəs Həsənovanı yaşadıqları evdə yandırıb.

Həlak olan şəxsin qızı Fatimə Həsənli bu barədə müraciət edib. O deyir ki, qardaşı uzun müddətdir narkotik aludəçisi imiş.

Mərhumun qızının sözlərinə görə, hadisə zamanı qardaşı ilk olaraq evi, sonra isə anasını yandırıb.

Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Abdulrəhman Həsənli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.

Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, Abşeron rayonu, Hökməli qəsəbəsinin sakini Gülbəs Həsənovanın almış olduğu yanıq xəsarətlərindən iyulun 7-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi istintaq olunur. Hazırda araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Azərbaycanda DƏHŞƏT: Oğul anasını yandıraraq öldürdü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью