Azərbaycanda DƏHŞƏT Övladını döyən ana onun müəllimini BIÇAQLADI

03.04.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Goranboyda məktəbdə bıçaqlı insident baş verib.

Oxu.Az xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Hazırəhmədli kənd sakini olan qadın valideyinin bıçaqla məktəbə gəlməsi, övladını döyməsi və onu sakitləşdirmək istəyən müəllimə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları məktəbə gələrək müvafiq tədbirlər həyata keçirib.

Hadisəni törətməkdə şübhəli 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, Ə.Rzayevanın psixoloji problemləri var. O, Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdiriləcək.

Murad Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью