Azərbaycanda dəhşətli cinayət: Ərini doğrayıb kanala atdı

07.01.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Salyanda polis dəhşətli cinayətin üstünü açıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Salyan rayonu Yeni Uluxanlı kəndində itkin düşmüş kimi axtarışı aparılan 41 yaşlı Röyal Hüseynovun həyat yoldaşı tərəfindən öldürülməsi polis əməkdaşları tərəfindən müəyyən edilib.

1986-cı il təvəllüdlü Mətanət Hüseynova həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirdikdən sonra izi itirmək üçün cəsədi hissələrə ayıraraq kanala atıb. Cəsəd kanaldan çıxarılıb, aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью