Azərbaycanda DƏHŞƏTLİ QƏTL RƏSMİ

18.05.2025

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin küçədə meyiti tapılıb. Onun boğazının kəsildiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Report-un sorğusuna cavab olaraq bildirib ki, hadisə mayın 16-da saat 22 radələrində baş verib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью