Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 18% dən çox artıb

17.01.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ildə 18,5 milyon ton yük, 8531,2 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2023-cü illə müqayisədə yük daşınmasında 1,4%, sərnişin daşınmasında isə 18,7% artım müşahidə olunub.

Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 369 vaqon yüklənilib, 441 vaqon isə boşaldılıb.

“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,2 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью