Azərbaycanda demoqrafik böhran Doğum sayı azalıb, abortlar çoxalır | Icma.az
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir. Azərbaycanda doğum göstəricisi rekord səviyyədə azalıb.
Belə ki, bu ilin yanvar-fevral aylarında cəmi 15 971 körpə doğulub.
Əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 10,2-dən 9,7-yə enib.Bu, ölkə tarixində qeydə alınmış ən aşağı doğum səviyyəsidir.
Əvvəllər bu göstərici yalnız 1943-cü ildə və ötən il bu qədər aşağı olub. Ötən ilin eyni dövründə doğulan uşaqların sayı 17 081 olmuşdu.
Əgər 2023-cü ildə ölkədə 112 min 620 uşaq doğulmuşdusa, 2024 -cü ildə 102 min 310 uşaq doğulub.
Müqayisə üçün qeyd edək ki, 1960-cı ildə hər 1000 nəfərə 42,6 körpə düşürdü.Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə son illərdə ölkəmizdə perinatal ölümlərin və qadın xəstəlikləri arasında sonsuzluğun sayı artıb.Son statistikalar göstərir ki, 2023-cü ildə hamiləlik dövründə ölən uşaqların sayı 1837 olub, bu göstərici 2020-ci ildə 996 idi.
Onu da qeyd edək ki, son 10 ildə hər il ortalama 580 uşaq ölü doğulur, bundan başqa 7 günədək ömür sürən körpələrin sayında da kəskin artım müşahidə olunur.
Belə ki, 2020-ci ildə 7 günədək ömür sürən uşaqların sayı 477 idisə, 2023-cü ildə bu rəqəm 1306-a yüksəlib.
Tam oxu
Xəbəri oxu