Azərbaycanda dəmrov olmuş uşağa molla dua yazdı VİDEO

30.04.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Azərbaycanda uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar.

Bakupost.az “Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntüləri həkim-pediatr Afət İbrahimli sosial şəbəkə hesabında paylaşıb.

Dua uşağın ayağında dəmrov olan hissəyə əks olunub.

“İllərdir Azərbaycanda kütləvi cahillik xəstəliyinə yoluxdurulma prosesi gedir və biz bu gün bunun fəsadlarını öz üzərimizdə hiss edirik. İstər-istəməz bizdən sonra gələn yeni nəslə də bu virusu yoluxdururuq. Cəmiyyətimizdə hər birimiz daxilimizdəki cahillik xəstəliyi ilə mübarizə aparmalıyıq. Unutmayın, cahilliklə mübarizə etirafımızla başlayacaq” – həkim videoya şərh verib.

Həmin görüntüləri təqdim edirik:

" >


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью