Azərbaycanda dərman satışından 465 mln. manat gəlir əldə edilib

14.05.2025

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 465 mln. manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 15,7% çoxdur.

Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью