Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az-ın xəbərinə görə, MMC-yə özəl tibb fəaliyyətinə dair 12 fevral 2016-cı il tarixli İSN-332/2016 qeydiyyat nömrəli lisenziya və 12 fevral 2016-cı il tarixli İSN-332/2016/1 qeydiyyat nömrəli lisenziya əlavəsi itdiyi üçün etibarsız sayılıb.
Qeyd edək ki, “Epotos-Bakı” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Fərhad Cəlilov Vildan oğludur. Şirkətin hazırda 19 min 204 manat vergi borcu var.
Onu da qeyd edək ki, iddialara görə, MMC Milli Məclisin deputatı Eldar Quliyev və onun ailə üzvləri ilə bağlıdır.