Azərbaycanda DİM üzrə yeni metodologiyalar hazırlanıb

26.09.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan artıq 5 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə 15 göstərici üçün metodologiya və metadatalar hazırlayıb.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov deyib.

R.Səlimov qeyd edib ki, göstəricilər mina təhlükəsinə məruz qalmış şəxslərin sağlamlığı, sosial yardımlar və məşğulluq sahələrini əhatə edir".

Onun sözlərinə görə, müvafiq dövlət qurumları məlumatların toplanmasını təmin edir:
“Artıq yayım prosesinə başlanılıb. Məqsəd bu təcrübəni inkişaf etdirərək digər ölkələrlə bölüşməkdir. Bu təşəbbüs sosial göstəricilər üzrə beynəlxalq əməkdaşlığı gücləndirmək və məlumatların səmərəli istifadəsini təmin etmək baxımından vacibdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью