Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır Allahşükür Paşazadə

13.10.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycanda Din dövlətdən, məktəb də dindən ayrıdır".

Lent.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "Real" Tv-yə müsahibəsi zamanı bildirib.

"Biz dövlətin qərarlarına qarşı heç nə deyə bilmərik. Amma vətəndaş kimi danışa bilərik. Hicab Allahın bizə göndərdiyi vacib məsələdir. Onun hansı yaşda istifadə edilməsini fith alimləri bilirlər. Məktəbli formalarında hicab amili qeyd olunmayıb, həmçinin Azərbaycanda da hicab qadağan olunmayıb.

Çox heyifislənirəm ki, bəzi qüvvələr həm daxildə, həm də xaricdə Azərbaycanda müsəlmanlara əziyyət verildiyi ilə bağlı fikirlər yaymağa çalışırlar. Məktəbli formalarını siyasi məsələ kimi istifadə edərək dövlətçiliyə dil uzadır, müəyyən insanları dövlətə qarşı qaldırırlar. Bu, qəbulolunmazdır. Çünki insanlar Azərbaycanın müstəqilliyini bərpa etmək üçün canlarından keçiblər.

Hicab məsələsini ortaya atanların məqsədi müsəlmançılıq deyil. Şikayəti, narazılığı olan şəxslər nazirlərin qəbuluna düşə, fikirlərini bildirə bilərlər. Amma məktəblərdə səs-küy salmaq. uşaqları tədrisdən geri qoymaq heç doğru addım deyil". 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью