Azərbaycanda dini dözümlülük, tolerantlıq ən yüksək səviyyədədir | Icma.az
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;Bütün dinlərin nümayəndələri Azərbaycanda öz ibadət və ayinlərini rahat şəkildə yerinə yetirirlər Azərbaycanda tarix boyu bütün dinlərin nümayəndələri harmoniya və qardaşlıq mühitində yaşayıblar.
Dövlətin bu sahəyə xüsusi diqqəti var. Bu gün Azərbaycanda 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib.
Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri mehriban şəraitdə yaşayırlar.
Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
Xristian aləmi Pasxanı qeyd edir. Bu il katoliklər, pravoslavlar və protestantlarda xristianlar üçün müqəddəs bayram eyni günə təsadüf edib.
Sonuncu dəfə belə bir hal 2017-ci ildə baş verib. Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir.
Tam oxu
Xəbəri oxu