Azərbaycanda direktorun otağından oğurluq etdilər

05.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Astara rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, rayon ərazisindəki məktəblərdən birində gözətçi işləyən 46 yaşlı A.Mikayılov axşam saatlarında direktorun otağından onun bank kartını oğurlayıb və içərisindəki 3 200 manatı nağdlaşdırıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə onun bu əməlinin üstü açılıb və A.Mikaylov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью