“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

22.11.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qarabağdakı keçmiş oyuncaq qurumun “ombudsmanı” Artak Beqlaryan pasportunda doğum yerinin Azərbaycan kimi qeyd edilməsi reallığından qurtula bilmir.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Beqlaryan bu barədə özü məlumat yayıb.

O bildirib ki, dəfələrlə cəhd etsə də, doğum yerinin Ermənistan yazılmasına nail ola bilməyib.

Ermənistan Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətdə pasportunda doğum yerinin Azərbaycan kimi göstərilməməsini istəyib.

Beqlaryan qeyd edib ki, müraciəti rədd ediləcəyi təqdirdə, qərardan məhkəmə qaydasında şikayət verəcək və zərurət yaranarsa, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) qədər gedəcək.

O, bu prosesin digər ermənilərin pasportlarına da şamil olunmasına çalışacağını bildirib. Beqlaryanın bu addımı Qarabağın beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınmasına və bunun şəxsən onun pasportunda əks olunmasına etirazı ilə əlaqədardır.

Qeyd edək ki, Artak Beqlaryanın pasportunda doğum yerinin Azərbaycan kimi göstərilməsi onun doğulduğu Xankəndinin beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınması ilə bağlıdır.

Xatırladaq ki, Azərbaycan erməni əsilli vətəndaşlara bərabərhüquqlu reinteqrasiya təklif etsə də, onlar Ermənistana köçməyi seçiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью