Azərbaycanda dollar bolluğu: Əhali dolları daha çox satır Alış satışdan 673 milyon dollar çox olun

23.09.2026

Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 8 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 673 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.7 faiz bəndi azalaraq 2026-cı ilin iyulunda 25.8%-ə enib.

Bu barədə Marja.az Mərkəzi bankın press-relizinə istinadən xəbər verir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qeyd edilib ki, valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 8 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 32.9% artaraq 15.3 mlrd. ABŞ dollarına yüksəlib. Bu, Mərkəzi Bankın valyuta ehtiyatları üzrə tarixi maksimum səviyyədir. 

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью