Icma.az bildirir, Hurriyyet portalına istinadən. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün orta illik inflya
Ötən il Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.
Agentliyin yenilənmiş proqnozlarına görə, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 4 %-ə qədər artacaq, lakin 2026-2027-ci illərdə illik 3 %-ə qədər azalacaq.
Azərbaycanda 2024-cü ilin yanvar-oktyabr aylarında orta illik inflyasiya 1,7 % təşkil edib.
İqtisadiyyat Nazirliyi ölkədə orta illik inflyasiyanı 2024-cü il üçün 2,7 %, 2025-ci il üçün 4,6 %, 2026-cı il üçün 4 %, 2027-2028-ci illər üçün isə illik 3,8 % səviyyəsində proqnozlaşdırır.
“S&P” Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9 %-ni (2023-cü ildə ÜDM-in 11,5 %-i) təşkil edəcəyini proqnozlaşdırır.
Agentliyin hesablamalarına görə, cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə ÜDM-in 2,7 %-ni, 2026-cı ildə ÜDM-in 1,2 %-ni təşkil edəcək, 2027-ci ildə isə hesab ÜDM-in 0,2 %-i səviyyəsində kəsirlə olacaq.
“S&P” həmçinin hesab edir ki, 2028-ci ilə qədər manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyəcək.