“Azərbaycanda donor olmaq istəyən deputatlar var” Milli Məclisin Səhiyyə komitəsi

31.01.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

“Ötən il Qafqazda və Azərbaycanda ilk dəfə uğurla həyata keçirilən ürək transplantasiyası əməliyyatından sonra ölkədə donor olmaq istəyənlərin sayı artıb. Bunların arasında Milli Məclisin deputatları da var”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda tədbirdə bildirib.
 

“Həm Kamran Musayevin rəhbərlik etdiyi komanda, həm də meyitdən orqan götürən komanda öz işində çox peşəkardır. Bizim hər birimiz gərək insanların donor olmasının təbliğatçısına çevrilək”, - Ə.Əmiraslanov bildirib.


Komitə sədri əlavə edib ki, Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olan insan sayı çoxdur, əsas isə məsələ donorun tapılmasıdır. (Qafqazinfo.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью