Azərbaycanda doqquz ayda 2.3 tondan çox qızıl istehsal edilib

14.10.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2349 kq qızıl, 2984,3 kq isə gümüş istehsal edilib.

“AzPolitika” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.1%, gümüş istehsalı isə 29.3% artıb.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 142.2 kq və 759.1 kq təşkil edib.

Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью