Azərbaycanda dörd universitetə akkreditasiya verildi (SİYAHI)

29.11.2024

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universiteti növbəti 5 il müddətinə akkreditasiya edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Bildirilib ki, Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi qismən uyğun hesab edilib. Ona görə də akkreditasiya şəhadətnaməsinin iki il müddətinə uzadılması, ali təhsil müəssisəsinin bir ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью