Azərbaycanda dörd universitetə akkreditasiya verilib SİYAHI

29.11.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universiteti növbəti 5 il müddətinə akkreditasiya edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Bildirilib ki, Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi qismən uyğun hesab edilib. Ona görə də akkreditasiya şəhadətnaməsinin iki il müddətinə uzadılması, ali təhsil müəssisəsinin bir ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью