Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı il avqust ayının 1-i vəziyyətinə ölkənin xarici dövlət borcu 4 milyard 590.8 milyon ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bildirilib ki, ölkənin xarici dövlət borcu əvvəlki ilin eyni dövrünə nisbətən 7.5 faiz azalıb.
Ölkənin strateji valyuta ehtiyatları 2026-cı il avqust ayının 1-nə 86 milyard 814.9 milyon ABŞ dollarına çatıb və xarici dövlət borcunu 18.9 dəfə üstələyib.