Azərbaycanda dövlət bu şəxslərə ev verəcək

17.11.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentdə büdcə müzakirələri zamanı deyib.

"2027-ci ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 15 milyon manat, kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün isə 14,7 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Eyni zamanda bu məqsədlə xidmətdə olanlara 94,5 milyon, xüsusi rütbəlilərə 21,5 milyon manat ayrılması nəzərdə tutulub. Bu da ümumilikdə 120 milyon manat deməkdir",- komitə sədri qeyd edib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью