Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100ə yaxın əməkdaş işdən çıxarıldı ÖZƏL

08.01.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçi vəzifəsindən azad edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ixtisar ötən ay baş verib.

Belə ki, dekabr ayının 30-u bir qrup şəxs işdən çıxarılıb. Məlumatda bildirilir ki, ixtisarların davam edəcəyi gözlənilir.

Həmçinin qeyd edilib ki, işdən çıxarılanlar arasında vəzifəli şəxslər də var.

Aqil Vəlili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью