Azərbaycanda dövlət qurumlarını hədəf alan bloklanmış saxta domen sayı 5 % artıb

03.07.2026

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dövlət qurumlarının adına bənzər 20 saxta domen bloklanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına əsasən, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.

Təkcə ikinci rübdə 14 saxta domen bloklanıb. Bu, birinci rübün göstəricisindən 2,3 dəfə çoxdur.

Xatırladaq ki, 2025-ci ildə dövlət qurumlarını hədəf alan 40 saxta domen aşkarlanaraq bloklanıb. Bu isə 2024-cü ilə nisbətən 40 % azdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью