Azərbaycanda dövlət qurumu şöbə müdiri vəzifəsinə adam axtarır

03.04.2025

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

DOST Agentliyində vakant vəzifəyə qəbul elan edilir. AzPost vakansiya barədə məlumatı təqddim edir:

Təşkilat: Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi
Struktur bölmənin adı: İnsan resurslarının idarə edilməsi departamenti / Əmək münasibətlərinin tənzimlənməsi şöbəsi

Vəzifə: Şöbə müdiri

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

İşin təsviri:

İşçilərin işə qəbul, işdən azad edilmə əmrlərinin və digər sənədlərin düzgün hazırlanması, imzalanması və qeydiyyatının aparılmasını təmin etmək; İşçi məlumatlarının mütəmadi olaraq yenilənməsi və həmin məlumatların uçotunun düzgün şəkildə əks olunmasını təmin etmək; Kadr hərəkəti ilə bağlı məlumatların müvafiq elektron idarə etmə sistemlərinə (ƏMAS) vaxtında və düzgün formada daxil edilməsini təmin etmək; Əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı həyata keçirilən əməliyyatların avtomatlaşdırılması ilə bağlı təkliflər hazırlamaq; Məzuniyyətdən istifadənin qanunvericiliyə uyğun həyata keçirilməsinə və elektron uçotunun düzgün aparılmasına nəzarət etmək; İşçilərin şəxsi işlərinin düzgün formada aparılmasını təşkil etmək; Şöbənin fəaliyyət istiqamətinə dair sənədlərin saxlanılması və uçotunun müvafiq normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməsini təmin etmək; Agentliyin Aparatı üzrə əmək haqqı tabelinin vaxtında və düzgün hazırlanmasına nəzarət etmək; Şöbənin fəaliyyəti ilə bağlı aparılan əməliyyatların, məlumatların uçotunun aparılmasını təşkil etmək; Tabeliyində olan işçiləri qanunvericilikdəki dəyişikliklər və daxili qaydalarla məlumatlandırmaq; Şöbənin fəaliyyəti barədə departament müdirinə dövri hesabatlar təqdim etmək; Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq qayda və prosedurların hazırlanmasını təmin etmək; Şöbənin işini təşkil etmək və ona rəhbərliyi həyata keçirmək.

Vəzifənin tutulmasına dair tələblər:

Təhsil tələbi: Ali təhsil (iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu, humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsili olanlara üstünlük verilir). İş stajına dair tələb: Müvafiq sahədə və ya vəzifənin qulluq funksiyaları nəzərə alınmaqla azı 4 il iş stajı, o cümlədən rəhbər vəzifədə və ya idarəetmə sahəsində azı 1 il iş stajı; Dil bilikləri: Dövlət dili (sərbəst); Rus və ingilis dili (üstünlükdür). Kompüter bilikləri: MS Office proqramları, xüsusilə MS Word və MS Excel – yaxşı səviyyədə 1C (8.3 versiya) proqram təminatı – yaxşı səviyyədə

Bilməlidir:

Əmək Məcəlləsi, o cümlədən əmək münasibətləri üzrə mövcud qanunvericilik sənədləri barədə yüksək nəzəri və praktiki biliklər.

Əlavə məlumatlar

İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, 86; İş qrafiki: Bazar ertəsi – Cümə (09:30-18:30).

Müraciət qaydası:

Namizədlər [email protected] e-mail ünvanının mövzu hissəsinə “Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinin müdiri” qeyd etməklə CV-ni göndərə bilərlər. İşə qəbul mərhələsinə yalnız tələblərə cavab verən namizədlər cəlb ediləcəkdir.

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью