Azərbaycanda dövlət universitetləri pulsuz olacaq? KONKRET

02.02.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ildən etibarən Gürcüstan universitetlərində bütün tələbələrin təhsili dövlət tərəfindən tam şəkildə maliyyələşdiriləcək. Belə ki, dövlət universitetlərində təhsil tam pulsuz olacaq və bu qərar növbəti tədris ilindən qüvvəyə minəcək.

Maraqlıdır, Azərbaycanda da ali təhsilin tam dövlət sifarişli əsaslarla həyata keçirilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, Azərbaycanla Gürcüstanı bu məsələdə birbaşa müqayisə etmək düzgün olmaz. Onun sözlərinə görə, hər iki ölkənin əhali sayı və ali təhsil alan tələbələrin ümumi göstəriciləri fərqlidir:

“Azərbaycanda dövlət sifarişli yerlərin sayı hər il kifayət qədər artırılır. Burada iki əsas amili fərqləndirmək lazımdır: əhali sayı və təhsil alanların ümumi göstəricisi. Bu baxımdan Gürcüstanın qərarı təqdirəlayiqdir, lakin mövcud şəraitdə ölkələri müqayisə etmək doğru olmaz”, – deyə ekspert vurğulayıb.

Elçin Əfəndi qeyd edib ki, qarşıdakı illərdə Azərbaycanda da dövlət sifarişli yerlərin sayının daha da artırılması gözlənilir:

“Ümumilikdə məqsəd təhsilin hər kəs üçün pulsuz və əlçatan olmasıdır. Bunun üçün müəyyən zaman lazımdır. Düşünürəm ki, Azərbaycanda da 5-10 il ərzində tam dövlət sifarişli təhsil modelinə keçidlə bağlı qərar qəbul oluna bilər”.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью