Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 9% ə yaxın artıb

28.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bu ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 125 milyon manat məbləğində kredit verilib.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8.7% çoxdur.

Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 1.1% artaraq 71.4 milyon manata çatıb.

Ötən üç ayda İKZF istiqraz buraxmaqla 200 milyon manat vəsait cəlb edib ki, bu da bir il əvvələ nisbətən 42.9% çoxdur. İl ərzində fonda dövlət büdcəsindən ayrılan vəsaitin məbləği isə 94.5% artaraq 42.6 milyon manata çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью