Azərbaycanda dövlət zəmanətli borcun 58 faizi ABŞ dollarındadır

28.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 oktyabr, AZƏRTAC

Cari ilin oktyabrın 1-nə dövlət zəmanətli borc portfelində ABŞ dollarının payı üstünlük təşkil edib. Belə ki, bu valyutanın xüsusi çəkisi avronun payını 38,5 faiz bəndi, manatın payını isə 41,7 faiz bəndi üstələyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin 2026-cı ilin 9 ayı üzrə dövlət borcuna dair hesabatında məlumat verilib.

Hesabat dövrünə Azərbaycanın dövlət zəmanətli borc portfelinin 57,9 faizi ABŞ dolları, 19,4 faizi avro, 16,2 faizi manat, 4,6 faizi yapon yeni, 2 faizi isə digər valyutalarla ifadə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью