Azərbaycanda dövriyyədən çıxarılan narkotikin həcmi açıqlandı

23.01.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ötən il 2024-cü illə müqayisədə 961 kiloqram çox narkotik vasitə qeyri-leqal dövriyyədən çıxırılıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.

"2025-ci ild 5 ton 675 kiloqram narkotik vasitə qeyri-leqal dövriyyədən çıxırılıb, 272 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 2 ton 724 kiloqram müvafiq vasitə aşkarlanıb, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 294 tondan artıq çətənə və xaş-xaş kolu yığılaraq məhv edilib, narkotiklərlə əlaqəli cinayətlərə görə 88 cinayətkar qrup zərərsizləşdirilib". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью