Azərbaycanda DSK lar yenidən formalaşdırılır

17.09.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycanda dairə seçki komissiyalarının (DSK) yenidən formalaşdırılması prosesinə başlanır.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bununla bağlı bu gün iclası keçiriliəcək

MSK sədri Məzahir Pənahov bildirib ki, dairə seçki komissiyalarının fəaliyyət müddəti 5 ildir, MSK bu gün 125 dairə seçki dairəsini formalaşdırmalıdır.

MSK sədri bildirib ki, DSK-ları formalaşdırmaq MSK-nın səlahiyyətidir.

Seçki Məcəlləsinə əsasən, iclasda Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlüyünə namizədləri təqdim edəcəklər.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.

DSK-ların yenidən formalaşdırılması ilə bağlı qərar və qərara əlavə olunan dairə seçki komissiyaları üzvlərinin siyahısı rəsmi mətbuatda dərc olunacaq.

DSK-ların yeni tərkibi barədə məlumat MSK-nın internet səhifəsi vasitəsilə də ictimailəşdiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью