Azərbaycanda Dünya Seriyası başladı

20.06.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, turnirə Azərbaycan millisi ilə "Neftçi SOCAR" qatılıb.

Yığma mübarizəyə seçmə mərhələdən başlayıb. Komanda raundun A qrupunda saat 10:00-da Tailandla qarşılaşır. Saat 10:50-də isə Litva ilə görüş olacaq.

“Neftçi SOCAR”-a gəlincə, əsas mərhələnin A qrupunda yarışan təmsilçimiz “Yanjing” (Çin) klubu və Çin millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmalar müvafiq olaraq 16:05 və 17:55-də start götürəcək.

Qeyd edək ki, Dünya Seriyasının Sumqayıt mərhələsi iyunun 21-də başa çatacaq.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью